Antonio Karbaxal vəfat etdibackend

Antonio Karbaxal vəfat etdi

Meksika millisinin sabiq futbolçusu Antonio Karbaxal vəfat edib.

KONKRET.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yaydığı məlumata görə, keçmiş qapıçı 93 yaşında gözlərini əbədi olaraq yumub.

Karbaxal beş dünya çempionatında çıxış edən ilk futbolçu kimi tarixə düşüb. O, Meksika millisinin heyətində 1950, 1954, 1958, 1962 və 1966-cı il mundiallarında forma geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*