Qanunsuz silahlar aşkarlandıbackend

Qanunsuz silahlar aşkarlandı

Azərbaycanda qanunsuz saxlanılan odlu silah-sursatın yığışdırılması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi profilaktik və əməliyyat-axtarış tədbirləri aramsız davam edir.

KONKRET.az xəbər verir ki, polis əməkdaşları tərəfindən oktyabrın 24-də və 25-də keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Yoxlamalar zamanı vətəndaşlardan 2 ədəd tapança, 1 ədəd tüfəng və 1 ədəd patron darağı müsadirə olunaraq götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*