Kənd təsərrüfatı müəssisələrinin mənfəəti 2025-ci ildə 467,9 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 130,4 milyon manat çoxdur.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, kənd təsərrüfatı müəssisələrinin əsas iqtisadi göstəricilərinə dair məlumatlara əsasən, 2025-ci ildə müəssisələrin mənfəəti 467 milyon 929 min manat, zərəri isə 21 milyon 857 min manat olub. Nəticədə ümumi mənfəət 446 milyon 72 min manat təşkil edib.
Məlumatlara görə, 2024-cü ildə kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 312 milyon 902 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 446 milyon 72 min manata yüksəlib.
Ötən il kənd təsərrüfatı müəssisələrinin satışdan əldə etdiyi gəlir 1 milyard 493 milyon 539 min manat olub. 2024-cü ildə bu rəqəm 1 milyard 360 milyon 698 min manat təşkil edib.
Bitkiçilik sahəsində mənfəət 2025-ci ildə 213 milyon 614 min manat, heyvandarlıqda isə 204 milyon 427 min manat qeydə alınıb. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 168 milyon 593 min manat və 149 milyon 89 min manat olub.
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki satış qiymətləri ilə dəyəri isə 2025-ci ildə 1 milyard 410 milyon 179 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 1 milyard 318 milyon 774 min manat olub.
Beləliklə, təqdim olunan göstəricilər kənd təsərrüfatı müəssisələrinin mənfəətinin, satış gəlirlərinin və həm bitkiçilik, həm də heyvandarlıq sahələrində mənfəətin artdığını göstərir.
