Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ Azərbaycana gələcək.
KONKRET.az modern.az-a istinadla xəbər verir ki, bunu Ümid Özdağın müşaviri Haqqı Şəfəq Səs “MediaTürk” TV-nin efirində qonaq olarkən bildirib.
“Yeni Azərbaycan Partiyası ilə Zəfər Partiyası arasında əlaqələrin qurulmasında maraqlıyıq. Bu məsələni müzakirə etmək lazımdır. Ümid Özdağın rəhbərlik etdiyi nümayəndə heyətimiz bu məqsədlə dekabr ayında Azərbaycana səfər edəcək”, – deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 24-də Türkiyə Respublikasının Zəfər Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Haqqı Şəfəq Səs arasında görüş keçirilib.
