“Apple”dən YENİ MƏHSULLAR — VİDEObackend

"Apple"dən YENİ MƏHSULLAR — VİDEO

Apple şirkəti sinxron tərcümə funksiyasına malik yeni “AirPods 5” qulaqlıqlarını və yeni “Apple Watch” modellərini təqdim edib.

KONKRET.az xəbər verir ki, yeni “AirPods 5” əvvəlki “AirPods 4” modelləri ilə müqayisədə 50% daha effektiv işləyən təkmilləşdirilmiş aktiv səsboğuma sahib olub. Həmçinin qulaqlıqlarda su və toza qarşı müdafiə gücləndirilib, “AirPods Pro”dakına bənzər jest idarəetməsi əlavə edilib. Xarici nitqin sinxron tərcüməsi funksiyası ilə təchiz edilən qulaqlıqlar bir dəfəyə 5 saata qədər işləyə bilir və qiyməti 129 dollardır.

Bundan əlavə, təqdim edilən yeni “Apple Watch Series 12” istifadəçinin nəbzini daimi izləmək qabiliyyətinə yiyələnib, həmçinin şirkət “Apple Watch Ultra 4” saatlarını da nümayiş etdirib. Yeni saatlar yenilənmiş “Sağlamlıq” tətbiqi ilə çıxacaq – bu tətbiq yuxu və fitnes göstəriciləri barədə məlumat verəcək, süni intellekt isə sağlamlığın yaxşılaşdırılması üçün məsləhətlər təqdim edəcək.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*