Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildibackend

Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılan avtomobillərin say həddi (limiti) artırılıb.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı ”Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə dəyişiklik edib.

Qərara əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılan avtomobillərin say həddi 1 ədəd artırılıb və 3 ədəddən 4 ədədə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*