AQTA bu obyektləri qeydiyyata almadı – SİYAHIbackend

AQTA bu obyektləri qeydiyyata almadı - SİYAHI

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 18 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan KONKRET.az-a verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 İBRAHİM ŞİRDANOV RƏCƏB OĞLU İlkin istehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
2 VAQİF QURBANOV MÜSLÜM OĞLU İlkin istehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
3 ELÇİN ƏLİYEV NOFƏL OĞLU İctimai iaşə Sahibkar hal-hazırda fəaliyyət göstərmir

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*