“Araik pullarını Rusiyaya köçürmək üçün Moskvada danışıqlar aparır…” – ŞOK İDDİAbackend

“Araik pullarını Rusiyaya köçürmək üçün Moskvada danışıqlar aparır…” - ŞOK İDDİA

Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyanın bu həftə bir daha Moskvada səfərdə olması haqda informasiyalar yayılıb.

KONKRET.az xəbər verir ki, Ermənistan teleqram-kanallarının yaydığı məlumata görə, separatçı rəhbər “işgüzar səfəri”ni arvadıyla ilə Moskvanın brend mağazalarında fəal şəkildə alış-verişlə keçirib.

“A.Arutyunyan özü Qarabağdan olan erməni iş adamları ilə görüşüb. Bu görüşlərin əsas mövzusu öz pullarını Rusiyaya çıxarmaq imkanlarını aramaq olub.

Görüşlərdən birində iştirak edən xəbər mənbəmiz Araikin Rusiyadakı soydaşlarının bəzi işlərində pay sahibi olmaq istədiyini söyləyib. Ümumilikdə Arutyun ailəsi Moskvanı yaxın gələcəkdə köçmək üçün potensial bir şəhər kimi qəbul edir” – erməni teleqram-kanalları belə yazır.

Xatırladaq ki, bir müddət öncə yayılmış xəbərlərdə Araikin Moskvaya Qarabağda növbəti qanunsuz “seçki”lər keçirmək üçün icazə almaq məqsədilə gedəcəyi bildirilirdi./Moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*