backend

ARAMCO obyektlərinə zərbə: neft emalı zavodu vuruldu - Video 

Səudiyyə Ərəbistanındakı “Saudi Aramco” obyektləri kütləvi dron və raket hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, Yəmən mətbuatı ölkənin ordusunun Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücuma cavab olaraq Cizan bölgəsində yerləşən strateji obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Daxil olan məlumatlara görə, Ciddə və Cizan ərazilərindəki neft infrastruktur obyektlərində yanğınlar aşkar edilib, Yanbudakı obyektlərə də zərbələr endirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ARAMCO-nun neft emalı zavodu olduğu iddia edilən ərazi üzərində sıx tüstü buludlarının yüksəldiyi əks olunub.

Məlumat hələlik Səudiyyə Ərəbistanının rəsmi qurumları tərəfindən təsdiqlənməyib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*