44 günlük savaşdan üç il sonra Nikol Paşinyan müharibənin şəraitini araşdıran istintaq komissiyasının qarşısına çıxaraq canlı efirdə bir çox mövzulardan danışıb. Bununla da Nikol dövlət sirrinin qorunması qaydalarını da pozub.
KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Qəzetin yazdığına görə, hökumət komissiyasının sədri Paşinyandan sonra dinləmələrə kimi çağıracağını planlaşdırır. Qeyd edək ki, “Joqovurd”a daxil olan məlumata görə, hazırda komissiyada baş nazirdən sonra hansı məmurların dəvət olunması müzakirə olunur. Xüsusilə, onlar istintaq komissiyasına Arayik Arutyunyanın dəvət edilməsini müzakirə edirlər. Ancaq məsələ burasındadır ki, Arayik Xankəndini qorxusundan tərk edə bilmir. O, yaxın çevrəsinə bildirib ki, İrəvəna getsə, Laçın yolunda Azərbaycan hərbçiləri onu dərhal həbs edə bilər.
Komissiyaya daha sonra Silahlı Qüvvələrin keçmiş komandanı Cəlal Arutyunyanın və keçmiş müdafiə naziri Davit Tonoyanın dəvət edilməsi ilə bağlı fikirlər var. Yeri gəlmişkən, dünən Davit Tonoyan istintaq komitəsinin iclaslarında iştirak etmək üçün Milli Assambleyaya getməsinə icazə verilməsi üçün məhkəməyə vəsatət verdiyini açıqlayıb”.
Sevinc Paşayeva,
KONKRET.az
