Arda Turan “Atletiko”nun baş məşqçisi olmaq istəyirbackend

Arda Turan “Atletiko”nun baş məşqçisi olmaq istəyir

“Atletiko”nun sabiq futbolçusu Arda Turan İspaniya mətbuatına açıqlama verib.

KONKRET.az xəbər verir ki, AS nəşrinə danışan hazırda “Eyüpspor”un baş məşqçisi olan 37 yaşlı mütəxəssis gələcəkdə Madrid təmsilçisini çalışdırmaq istədiyini bildirib:

“Atletiko”nun baş məşqçisi olmaq istəyirəm. Özümü bu klubda La Liqa və Çempionlar Liqasını qazanarkən düşünürəm. Amma hələ qət etməli olduğum uzun bir yol var”.

Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə “Atletiko”da çıxış edib. Türk futbolçu İspaniya təmsilçisinin heyətində keçirdiyi 178 rəsmi matçda 22 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*