“Ardıcıl iki gün, iki mina partlayışı, üç mülki yaralı” – XİNbackend

“Ardıcıl iki gün, iki mina partlayışı, üç mülki yaralı” - XİN

“Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb”.

KONKRET.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib.

“Mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, ərazilərin bərpası və yenidənqurma prosesinə mane olduğunu, həmçinin məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına əngəl yaratdığını bir daha göstərir”, – deyə paylaşımda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*