Armen Qevondyan Ermənistanın Qazaxıstandakı səfiri ola bilərbackend

Armen Qevondyan Ermənistanın Qazaxıstandakı səfiri ola bilər

“Nazir Ara Ayvazyanın istefasından sonra Qevondyan da diplomatik korpusun onu vətənə xəyanətdə günahlandırmaması üçün istefa ərizəsi yazdı, amma sonra geri çəkərək işini davam etdirdi”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşr qeyd edir ki, O, artıq səfir postunu tutub – Belarusda və qısa müddət ərzində Moldovada diplomatik nümayəndəliklərə rəhbərlik edib.

Qaqik Qalaçyan isə vəzifəsindən geri çağırılıb və xarici işlər nazirinin müavini təyin edilib.

2020-ci ilin dekabrından bəri Ermənistanın Qazaxıstanda və Qırğızıstanda səfiri yoxdur. Ermənistanda artıq belə məlumat yayılıb ki, ölkənin xarici işlər nazirinin müavini Armen Qevondyan Qazaxıstandakı səfir ola bilər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*