Dünya bazarlarında neft qiymətlərində eniş qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Beynəlxalq birjalarda aparılan ticarət zamanı ICE London birjasında “Brent” markalı neftin bir bareli əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,34 dollar ucuzlaşaraq 79,11 dollara düşüb.
Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 0,45 dollar azalaraq 74,77 dollar təşkil edib.
