Artamonov: “Ermənistanın bütün ərazisi Qərbi Azərbaycan sayılır”backend

Artamonov: "Ermənistanın bütün ərazisi Qərbi Azərbaycan sayılır"

“Qarabağ məsələsində fərqli ssenarilər olub və Rusiya XİN rəhbəri Lavrov ermənilərə daha sərfəli təklif etmişdi”.

KONKRET.az xəbər verir ki, bu barədə Avrasiya İrs Fondunun baş eksperti Aleksandr Artamonov bildirib.

O daha sonra fikrini belə davam etdirib:

“Lavrov erməni xalqına həmişə böyük rəğbət bəsləyən və onları yaxşı tanıyan bir insandır. Ona görə də bu ssenari hətta Paşinyandan əvvəl də Ermənistan liderləri tərəfindən nəzərə alınmadı. Söhbət aprel və ikinci Qarabağ müharibələri arasında kifayət qədər uzun müddət qüvvədə olan protokol və sazişlərdən gedirdi. İrəvanın vəziyyəti necə təqdim etməsinə baxmayaraq, aprel döyüşləri nəticəsində Azərbaycan müəyyən ərazini azad etdi. Yəni aydın görünürdü ki, qarşıda çətin hadisələr gözlənilir və Azərbaycan Ordusu buna ciddi hazırlaşır. Azərbaycanın müdafiə büdcəsi o illərdə çox böyük idi və aydın idi ki, Azərbaycan ciddi qarşıdurmaya hazırlaşır.

Üstəlik, ikinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfinin gördüyü tədbirlər kifayət etmədi. Görünən odur ki, Ermənistan Respublikasının birinci prezidenti də bu barədə danışıb ki, ölkəsi ancaq Rusiya ilə tam əlaqə saxlamaqla özünü təhlükəsiz hiss edə və sabitliyə malik ola bilər. Ermənistanın başqa şansı yoxdur, çünki iki Türk dövlətinin arasında yerləşir.

Ardıcıl, addım-addım erməni xalqının mövqelərini, Ermənistanı əvvəlcə Qərbi Azərbaycan adlandıranlara güzəştə gedən Paşinyanı gördüm. Ermənistanın bütün ərazisi Qərbi Azərbaycan sayılır. Bunu 2022-ci ilin dekabrında bir milyon yarım azərbaycanlının Qərbi Azərbaycan adlandırdığı yerə, yəni Ermənistan ərazisinə qaytarılmasını tələb edən Azərbaycan prezidenti rəsmən bəyan edib. O vaxt aydın idi ki, bəzi addımlar atılmasa, Qarabağ məhvə məhkumdur. İrəvan hadisələri seyr etmək əvəzinə, ilk növbədə Qarabağı tanıya, hərbi əməliyyatlarda iştirak edə bilərdi. O zaman yəqin ki, azərbaycanlılar Şuşanı belə asanlıqla ələ keçirə bilməzdilər. Baş verənlərdə Ermənistanın maraqlarını görmürəm. Və Paşinyanın qəbul etdiyi bütün qərarlar Ermənistanın maraqlarına ziddir. Qarabağı saxlaya bilməyən  Ermənistan indi NATO qoşunlarının Qarabağ  ərazisində yerləşdirilməsinə çalışır. İndi ermənilərin Qarabağa qayıtması yalnız bir halda, NATO-nun Yaxın Şərqdə məğlub olacağı təqdirdə mümkündür”.

Daha sonra Qarabağla İsrail hadisələrini əlaqələndirən ekspert hesab edir ki, bunlar arasında ümumi bağlantı var: “İndi İsraildə baş verənlər, məncə, Qarabağda baş verənlərlə birbaşa bağlıdır. Bu hadisələr Ermənistanın strateji müttəfiqi olan İrana müəyyən təsir göstərdi. İran NATO-nun Cənubi Qafqazda öz bazalarını necə yerləşdirməsinə soyuqqanlı baxmayacaq. İran Rusiya ilə Hind okeanı arasında marşrut və yolların tikintisinə dair imzalanmış sazişi Astana üçlüyü ilə bağlı nəzərdən keçirir. İran uduzur, çünki 32 ölkənin gücü ilə Şimali Atlantika Alyansı İranın sərhədlərində yerləşib. Təbii ki, bu, İrana sərfəli deyil.

Daha sonra Ermənistan-Rusiya münasibətlərinə toxunan Artamonov bildirib ki, Rusiya ilə münasibətlərin gərginləşməsi təbii ki, Ermənistan ərazisində Qərb qüvvələrinin təhriki ilə baş verir: “Rusiya suriyalılara kömək etdi, Rusiya ermənilərə də kömək etməyə hazır idi. Nəzərə alın ki, ABŞ-ın 101-ci “Qartallar” hava-desant diviziyası hazırda Ermənistan ərazisində “Zar” bazasında yerləşir. Eyni zamanda, Ermənistan ərazisində çox sayda fransız əsgəri var. Biz anlayırıq ki, Fransa  Amerika ilə birgə Ermənistan ərazisində nə qədər kəşfiyyat əməliyyatı keçirib. Ermənilər düşünür ki, onları kimsə qoruyacaq. 101 il əvvəl də ermənilər elə bilirdilər ki, onları başqaları qoruyacaq. Bu gün hakimiyyətə biganə olmayan insanlar gəlməlidir. Bu, ordu, ehtiyat qüvvə, keçmiş kəşfiyyat idarəsinin rəisi ola bilər. İndi söhbət xalqın sağ qalmasından gedir. Həmişə öz torpaqlarını istəyən ermənilərin kürdlərə çevrilməməsi üçün birlikdə mübarizə aparmalıyıq. Əgər kimsə erməni millətinin mənafeyinə xəyanət edibsə, o, cəzalanmalıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*