Artur Sarkisyan həbs olundubackend

Artur Sarkisyan həbs olundu

Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Sisian şəhərinin icma rəhbəri Artur Sarkisyan həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumat görə, Marine Melkonyanın sədrlik etdiyi ümumi məhkəmə prokurorluğun vəsatətini təsdiqləyib.

“Ermənistanın Baş Prokurorluğu 13 iyulda Sarkisyanın toxunulmazlığından məhrum edilməsi üçün MSK-ya vəsatət göndərib. İki gün sonra MSK onu təsdiqləyib və icma rəhbərləri həbs olunub. Sarkisyan Hayastan blokundan namizəddir. Sarkisyanın vəkili Emin Xaçatryan məhkəmə qərarından sonra müdafiə tərəfinin müştərinin həbsini istisna edən dəlillər gətirdiyini bildirib.

Şübhəsiz ki, bu qərar Apellyasiya Məhkəməsinə veriləcək”, – deyə qeyd olunur.

Qeyd olunub ki, 2016-cı ilin oktyabrından bəri Sisianın icma rəhbəri Sərkisyan vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*