Artur Xaçikyan: “Ermənistanda hansısa sekta fəaliyyət göstərir və bizi məhvə aparır”backend

Artur Xaçikyan: "Ermənistanda hansısa sekta fəaliyyət göstərir və bizi məhvə aparır"

“Hökumət ərazi bütövlüyümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin qorunub-saxlanmasından danışır. Amma buna baxmayaraq, tezliklə Ermənistanın cənubunu, Zəngəzuru itirə bilərik, Ermənistanın qalan hissəsi də qismət olsa, başqa dövlətin, məsələn, Rusiyanın və ya Türkiyənin tərkibinə keçəcək”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Artur Xaçikyan deyib.

Xaçikyan bildirib ki, onun ölkəsi təhlükə qarşısındadır: “Bir qrup adam nə deyirsə, ertəsi gün tam əksi olur. Görünür, bu adamlar nə danışdıqlarını başa düşmürlər. Ərazi bütövlüyü güclü dövlətə malik olmaqla təmin edilir. Bura güclü ordu, iqtisadiyyat, texnologiya, təbii ki, müttəfiqlər aiddir. Amma Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan bütün bu sahələrdə uğursuz oldu, heç nə edə bilmədi. Hətta onların fəxr etdikləri iqtisadi artım daha çox Ukraynadakı müharibə və müharibədən gizlənənlərin Ermənistana gəlişi ilə izah olunur. Deyəsən, Ermənistanda elə bir təriqət var ki, insanlar nə dediklərini anlamadan sadəcə olaraq öz sekta rəhbərinin sözlərini təkrarlayırlar. Bu, qəribə vəziyyətdir, mən heç bir ölkədə belə bir şey görməmişəm”.

Artur Xaçikyan daha sonra bildirib ki, beynəlxalq ictimaiyyət yalnız təmkinli olmağa və hərbi əməliyyatları dayandırmağa çağırır: “2020-ci ildə məğlub olduğumuz müharibədən sonra heç nə edilmədi, yalnız elanlar verildi. Hətta Qarabağı boşaltdıq, dəhşətli günlər yaşadıq, erməni xalqının ruhu əldən getdi. Tariximizin son yüz ilində belə faciə yaşamamışdıq. Erməni diasporu aciz qaldı, Azərbaycana qarşı sanksiyaların tətbiqində son dərəcə aciz duruma düşdü. Baxın, bütün dünya ermənilərin xəritədən sakitcə silinməsini laqeydliklə izləyir. Amma təbii ki, dünyanı ittiham etməzdən əvvəl özümüzə sual verməliyik ki, biz buna necə dözürük, necə olur ki, bir qrup adam bizi yeni faciələrə sürükləməkdə davam edir. Hər gün yeni faciə ilə üzləşirik və biz buna dözürük. Deyəsən, Ermənistanda hansısa sekta fəaliyyət göstərir və bizi məhvə aparır”.

Vəli Həsənov,

KONKRET.az

  • Rəfael
    Oktyabr 17, 2023 - 14:58

    Özünüzdən xəritə cızıb, öz “dövlət”inizi istədiyiniz coğrafiyada yerləşdirmək, sizin nə vaxtsa “dövlət”iniz olduğunu demək deyil!
    Şərt odur ki, başqa dövlətlər, öz xəritələrini çəkəndə, sizin də yerinizi tanısın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*