Arvadına qızdırılmış dəmir və kəmərlə xəsarət yetirdi, 3 il həbs cəzası aldıbackend

Arvadına qızdırılmış dəmir və kəmərlə xəsarət yetirdi, 3 il həbs cəzası aldı

Şirvan Apellyasiya Məhkəməsində qeyri-rəsmi nikah münasibətində birgə yaşadığı qadına müxtəlif vaxtlarda fiziki zor tətbiq etməkdə və ona işgəncə verməkdə təqsirləndirilən Sakit Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisələrin ilk epizodu 2025-ci ildə axşam saatlarında Yardımlı rayonunda baş verib.

Sakit Nəbiyev həmin vaxt qeyri-rəsmi nikah münasibətində birgə yaşadığı zərərçəkmiş Sənanə Səfərovanın (adı, soyadı şərtidir) yeməyi hazır etməməsini bəhanə edib. Sonra o, qadını təhqir edib və yumruqla sol qaş nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin sol qaş nahiyəsində çapıq əmələ gəlib. Ekspertiza ilə həmin xəsarətin sağlamlığa zərər vurmadığı və bu səbəbdən dərəcəsinin müəyyən edilmədiyi qeyd olunub.

Növbəti hadisə 2026-cı ilin fevral ayının ortalarında, istintaqa dəqiq məlum olmayan gündə axşam saatlarında eyni evdə qeydə alınıb. Bu dəfə təqsirləndirilən şəxs Sənanənin ona soyuq çay gətirməsini bəhanə edərək qadını təhqir edib. Daha sonra Sakit dəmir şişi odun sobasında qızdıraraq qadının sağ qol və sol baldır nahiyələrinə təmas etdirib. Nəticədə zərərçəkmiş şəxsin sol baldır və sağ said nahiyələrində çapıqlar əmələ gəlib. Ekspertiza həmin xəsarətləri sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edib.

Üçüncü epizod isə Sakir zərərçəkmiş şəxsin çayı gec gətirməsini bəhanə edib.  O, qadını kəmərlə sol qol nahiyəsindən dəfələrlə vurub.

Bu zaman zərərçəkmiş şəxsin sol said nahiyəsində qançır əmələ gəlib. Ekspertiza həmin xəsarətin sağlamlığa zərər vurmadığını və buna görə dərəcəsinin müəyyən edilmədiyini göstərib.

Hadisədən sonra Sakit Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iş üzrə ayrı-ayrı epizodları birlikdə qiymətləndirərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi mütəmadi olaraq döydüyü və digər zorakı hərəkətlərə məruz qoyduğu qənaətinə gəlib.

Yardımlı Rayon Məhkəməsinin hökmü ilə Sakit Nəbiyev Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bundan əvvəl onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınıb. Hökmdən narazı qalan Sakit Nəbiyev apellyasiya şikayəti verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*