ABŞ və İran tərəflər arasında münaqişənin nizamlanması çərçivəsində vasitəçilər vasitəsilə yeni təmaslar qurublar.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
“Bəli, onlar bunu ediblər”, – o, təfərrüatları açıqlamayıb.
Tramp əlavə edib ki, ABŞ İranla müharibədə “çox tezliklə” qalib gələcək: “Anladığım qədərilə, biz bu və ya digər şəkildə qələbə qazanmağa hazırlaşırıq. Hər şey kifayət qədər tez bitəcək”.
Ağ Evin rəhbəri bildirib ki, ABŞ müharibədə qalib gəldikdən sonra benzinin qiyməti kəskin şəkildə aşağı düşəcək, neftin dəyəri isə müharibədən əvvəlki səviyyəyə enəcək.
