“Gündəlik Bakı” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Habil Vəliyev bir neçə nəfəri şantaj edib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il azaldıb.
Onu da bildirək ki, təqsirləndirilən şəxs daha əvvəl də kassasiya şikayətini geri götürmüşdü.
Xatırlatma: Habil Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
