Arvadını boğub öldürən kişi məcburi müalicəyə göndərildibackend

Arvadını boğub öldürən kişi məcburi müalicəyə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.AZ Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib və o məcburi müalicəyə göndərilib. İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*