Astanada hamı “TURAN” suyu içdi – FOTOLARbackend

Astanada hamı "TURAN" suyu içdi - FOTOLAR

Astanada keçirilən görüşdə masalarda “TURAN” suyu olub.

KONKRET.az xəbər verir ki, Qazaxıstanın “Orda” nəşri bəzi dövlət başçılarının Astanaya özü ilə gətirdiyi suyu içdiyini diqqətə çatdırıb.

Öz suyu ilə gələn Qırğızıstan Prezidenti Sadır Japarov da belə edib. Bəlkə də bu, ölkəsinin faktiki olaraq Tacikistanla müharibə vəziyyətində olması ilə bağlıdır.

Düzdür, Rəhmon elə də uzaqgörənlik nümayiş etdirməyib və sammitin ev sahiblərinin təklif etdiyi qazax “Turan” suyundan inamla içib.

Amma Türkiyə Prezidenti Ərdoğan da “inan, amma yoxla” qərarını verib və özü ilə su gətirib.

Jurnalistlər Vladimir Putinin fransızların “Evian” suyu içdiyini qeyd ediblər. Qazaxıstan protokolu bunu təklif etməyib, yəni su Moskvadan gətirilib və ya hava limanında alıblar.

“Qalan liderlər yeni Qazaxıstanın “Turan” suyundan içirlər”, –deyə jurnalistlər qeyd ediblər.

İran Prezidenti Rəisiyə də “Turan” suyundan içmək nəsib olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*