Ata 6 yaşlı oğlunu döyərək öldürdü – VİDEObackend

Ata 6 yaşlı oğlunu döyərək öldürdü - VİDEO

Tehranda atası tərəfindən vəhşicəsinə döyülən 6 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, aldığı ağır bədən xəsarətləri nəticəsində həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Məhkəmə-Tibb Ekspertizasının rəyinə görə, azyaşlı uşaqda daxili qanaxma baş verib və bədənində yanıq əlamətləri müşahidə edilib.

Tehran Prokurorluğundan verilən məlumata əsasən, uşağın atası əvvəlcə övladının dərman içdiyini desə də, sonradan bunu inkar edib. Lakin geniş təhqiqat zamanı o, azyaşlı oğlunun ölümlə nəticələnən döyülməsi faktını etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*