Atasından sonra Səmanın da meyiti tapıldıbackend

Atasından sonra Səmanın da meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti tapılıb.

Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.

Məlumata görə, azyaşlının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndi ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub. Səmanın atasının meyiti isə iki gün öncə tapılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*