Atasını Cemal Kaşıkçının oğluna pulla unutdurdularbackend

Atasını Cemal Kaşıkçının oğluna pulla unutdurdular

Səudiyyə Ərəbistanı tərəfindən öldürülən Cemal Kaşıkçının oğlu Salah Kaşıkçı Səudiyyə məhkəməsinə güvəndiyini açıqlayıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, vəliəhd Muhamməd bin Salmanın cinayətlə bağlı məsuliyyətini etiraf etməsinə baxmayaraq, Salah Kaşıkçın dediyi sözlər ağıllarda durğunluq yaradıb.

İddialara görə, Cemal Kaşıkçı öldürüldükdən sonra övladlarının aldığı maaş, təzminat və villa onların susmasına, hətta Salman tərəfə keçməsinə səbəb olub. Hətta Cemal Kaşıkçının 4 oğluna on milyonlarla manatın ödənildiyi üzə çıxıb. Hədiyyə edilən villaların dəyərinin 4 milyon dollar olduğu bildirilir.

Salah Kaşıkçı isə “Sevgili atamızın vəfatından 1 il keçib. Bundan əvvəl də söylədiyim kimi Səudiyyə Ərəbistanı məhkəməsinin ədaləti bərpa edəcəyinə və bu qorxunc cinayəti törədənlərin cəzalandırılacağına inancım sonsuzdur. Mən də atam kimi vətənə və onun idarəçilərinə sadiq alacağam” ifadələrini işlədib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*