ATƏT sədri BƏYANAT verdi: “Mümkün qədər tez bir vaxtda…”backend

ATƏT sədri BƏYANAT verdi: "Mümkün qədər tez bir vaxtda..."

“Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Ramanın təşkilatın saytında yayımlanmış bəyanatında belə deyilib. O, qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabilləşdirmək üçün səy göstərir.

O bildirib ki, Azərbaycan və Ermənistanın liderlərinin 2019-cu ilin martında Vyanadakı görüşü zamanı Minsk Qrupu həmsədrlərinin himayəsi ilə birbaşa komunikasiya kanalı yaradılıb. Belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb. ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: “Biz hamımız münaqişənin insan tələfatını azaltmaq üçün bacardığımzı etməliyik və mümkün qədər tez bir vaxtda substantiv danışıqları davam etdirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*