Atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı – FOTObackend

Atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı - FOTO

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

KONKRET.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qeyd edək ki, qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar bu gün keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*