Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
KONKRET.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Nəsimikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağayarı kənd sakini 21 yaşlı Hüseynov Xanhüseyn Hüsey oğlu atla yolu keçmək istərkən “KaMAZ” markalı yük avtomobili onu vurub.
Qəza nəticəsində at ölüb, sahibi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
