“Atletiko” “Çelsi”nin futbolçusunu transfer etdibackend

"Atletiko" "Çelsi"nin futbolçusunu transfer etdi

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi “Atletiko” (Madrid) ilə anlaşıb.

KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, Qallaher ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*