ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin İrana hərbi texnika göndərməyəcəyinə dair söz verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Pekin İran neftini almağa davam etmək niyyətində olsa da, hərbi dəstək məsələsində fərqli mövqe nümayiş etdirib.
Si Cinpin dedi ki, İrana hərbi texnika göndərmək niyyətində deyil. Bu, çox ciddi bəyanatdır, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, Çinlə aparılan danışıqlarda İran məsələsi də əsas mövzulardan biri olub.
