Azərbaycanda bəzi şəxslərin maaşları artırıla bilər.
KONKRET.az oxu.az-a istinadla bildirir ki, sözügedən məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.
Qeyd olunur ki, mənzil-kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və bu sahədə çalışan işçilərin əməkhaqqılarının ölkə üzrə ortaaylıq əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdiriləcək.
Həmçinin ərzaq və qeyri-ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi və müvafiq standartlara cavab verilməsi ilə bağlı dövlət nəzarətinin artırılması vurğulanır.
