Avet Adonç: “Hazırda Türkiyənin rəsmi dairələri ilə münasibətlər sıfır səviyyədədir”backend

Avet Adonç: “Hazırda Türkiyənin rəsmi dairələri ilə münasibətlər sıfır səviyyədədir”

“Mövqeyimiz dəyişməz olaraq qalır: Türkiyə ilə əlaqələri şərtsiz yaratmağa hazırıq. Bu gün yalnız Türkiyə ön şərtlər qoyur”.

KONKRET.az ermən mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Avet Adonts jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda Ermənistanla Türkiyə arasında heç bir dialoq yoxdur.

Erməni tərəfinin düşmən dövlətlərə münasibətdə mövqeyini dəyişdirməyin zəruriliyi ilə bağlı bəyanatların nəyi nəzərdə tutduğu soruşulduqda o cavab verib ki, “Klassik diplomatiya ilə əlaqəli seqmentlər var, daxili çərçivədən kənara çıxılmır. Bu baxımdan bəyan edirik ki, istənilən ölkə ilə, o cümlədən Türkiyə ilə əlaqələr qurmağa hazırıq, amma bizim üçün hər hansı bir şərt qəbuledilməzdir”.

Onun sözlərinə görə, hazırda Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu xaricində başqa heç bir format müzakirə olunmur: “Minsk qrupu işləyir, inanıram ki, işlər tezliklə nəzərə çarpacaq. Hazırda Türkiyənin rəsmi dairələri ilə münasibətlər sıfır səviyyədədir. Müharibə ilə bağlı heç bir ilkin şərt eşitməmişəm, ancaq Qarabağ nizamlanması Türkiyənin irəli sürdüyü bir şərt olaraq qalır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*