Avropa Birliyi Rusiyanın enerji mənbələrindən imtina etdikdən sonra ABŞ qazından asılı olmaqdan narahatdır.
KONKRET.az xəbər verir ki, bu barədə
The New York Times qəzeti yazıb.
Xəbərə əsasən, AB növbəti altı ay ərzində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tamamilə dayandıracaq.
Rus qazının yaradacağı boşluğun isə ABŞ-dan ediləcək göndərmələrlə doldurulması planlaşdırılır.
Avropalılar narahat olmaqda tamamilə haqlıdırlar. ABŞ artıq Avropanın LNG idxalının təxminən üçdə ikisini təmin edir. Prosesin sonunda bu nisbət 80 faizə qədər yüksələcək.
Ağagül Mürsəlov,
KONKRET.az
