Məhəmmədəli Mehdiyev bürünc medal qazandı – YENİLƏNİBbackend

Məhəmmədəli Mehdiyev bürünc medal qazandı - YENİLƏNİB

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

KONKRET.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib.

09:55

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının sonuncu yarış günündə Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulacaq.

KONKRET.az xəbər verir ki, bu gün Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, 73 kiloqram çəki dərəcəsində yarışan millimizin üzvlərindən Hidayət Heydərov qızıl, Rüstəm Orucov isə bürünc medal qazanıblar.

Xatırladaq ki, Avropa çempionatına Azərbaycan 11 cüdoçu ilə qatılıb.

Turnirdə 40 ölkədən 300-dən çox idmançı iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*