Avropa Visa və MasterCard kartlarından imtina etməyə hazırlaşırbackend

Avropa Visa və MasterCard kartlarından imtina etməyə hazırlaşır

Avropanın bank dairələrindəki mənbələr, Köhnə Dünyanın aparıcı maliyyə qurumlarının Visa və MasterCard ödəniş sistemlərinin dəyişdirilməsi üzərində çalışdıqlarını söyləyiblər.

Qeyd edildiyi kimi, işə iyirmidən çox bankın nümayəndəsi (əsasən fransızlar) cəlb olunub. KONKRET.az xəbər verir ki, ekspertlərin gündəmində ümumavropa ödəmə sisteminin yaradılmasıdır.

Bəzi məlumatlara görə, yeni sistem PEPSİ (Pan-European Payment System İnitiative – Ümumi Avropa Ödəniş Sistemi Təşəbbüsü) adlandırılacaq. Qeyd olunur ki, sistemin köməyilə bütün növ qeyri-maddi ödənişləri idarə etmək mümkün olacaq.

Bir cavab yazın