Avropada dəhşətli istilər minlərlə insanın həyatını məhv edə bilər-“Cəhənnəm gəlir”backend

Avropada dəhşətli istilər minlərlə insanın həyatını məhv edə bilər-"Cəhənnəm gəlir"

Qərb və Mərkəzi Avropada dözülməz istilər başlayıb. Fransa, İspaniya və Portuqaliyada temperatur rekord həddə çatacaq. Avropa qitəsində bu həftə sonu temperaturun 10-15 dərəcə artacağı gözlənilir. Hava anomaliyasının səbəbləri Şimali Atlantika fırtınasıdır və Mərkəzi Avropadakı güclü antiçiklondur.

Sinoptiklər xəbərdarlıq edir ki, 2019-cu ilin iyul-avqust aylarında baş verən istilər minlərlə insanın həyatına son qoya bilər.  Bildirilir ki, belə istilər 2003-cü ildən bəri Avropada müşahidə olunmamışdı. Bu vəziyyətin nə qədər davam edəcəyi aydın deyil.

Mütəxəssislər haqlı olaraq anomal istilər dövrünü səssiz qətllər adlandırır. 2003-cü ildə belə bir anomaliya Avropada 70 minə yaxın insanın həyatı üçün təhlükə yaradıb. “Təkcə Almaniyada ötən ilin isti yayında ən azı 1000 nəfər həyatı ilə vidalaşdı”, – Potsdam Universitetində iqlim üzrə mütəxəssis Stefan Ramstorf  bu barədə bildirib. Elm adamlarının dediyinə görə, bu dəfə daha çox qurbanlar ola bilər, hələ yay yenicə başlayıb. Fransanın və İspaniyanın bəzi bölgələrində termometr bu həftənin cümə gününə qədər üç gün ərzində + 40 ° C-dən aşağı düşməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*