backend

Avropada işsizliyin ən aşağı səviyyədə olduğu ölkənin vətəndaşları narahatdır

Böyük Britaniyada çalışan polşalı işçi miqrantlar “Brexit”dən sonra tədricən öz Vətənlərinə qayıtmağa və ya Almaniyaya üz tutmağa başlayıblar.

KONKRET.az xəbər verir ki, hazırda Böyük Britaniyada 695 min polşalı yaşayır. “Brexit”dən sonra 98 min polyak öz ölkəsinə qayıdıb. Onlar bunu ölkələrindəki artan iqtisadi inkişafla izah ediblər.

2006-cı ildən Böyük Britaniyaya işləməyə gedən polşalılar hazırda statuslarının nə olacağını bilmədiklərindən narahatdırlar. Polşaya qayıdanların əksəriyyəti isə orada qazandıqları pul ilə ölkədəki gəlirlərinin alıcılıq dəyərinin eyni olduğunu əsas gətirirlər. Həmçinin onlar qayıtmalarının digər səbəbi kimi övladlarının milli ənənələrə bağlı böyüməsini istədiklərini qeyd ediblər.

Hazırda Polşa Avropada işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*