Avstraliyanın ən gözəl surfinqisti – FOTOLARbackend

Avstraliyanın ən gözəl surfinqisti - FOTOLAR

Surfinq üzrə Avstraliya idmançısı Holi Daisi Hoffi bu yaxınlarda İnstagram ulduzu olub.

KONKRET.az xəbər verir ki, abunəçilər onun lövhə ilə necə ustalıqla davrandığına heyran qalıblar.

“Rambler” Avstraliyanın ən gözəl surfinqistinin necə yaşadığını öyrənib.

İndi qız travma səbəbiylə yarışlarda iştirak etmir, lakin müntəzəm olaraq bir həvəskar kimi idmanla məşğul olur. O, müxtəlif tryuklar yerinə yetirir, abonentləri ilə foto və video bölüşür.

Bundan əlavə, Holi Daisi “İnstagram” səhifəsini aktiv şəkildə idarə edir. Son bir il ərzində abunəçilərinin sayı iki dəfə artıb və istifadəçilər onun gözəlliyinə heyran qalıblar.

Qız hər gün fotoşəkillərini paylaşır. Bir çoxları ondan özünü bu formada necə saxladığının sirrini soruşurlar, amma Holi Daisi həmişə heç bir sirr olmadığını deyir.

O, uşaqlıqdan idmanla məşğul olur, ona görə də heç vaxt onun artıq çəki problemi olmayıb.

Bundan əlavə, Hoffi sağlam bir həyat tərzi sürür, pəhrizləri əsasən meyvə və tərəvəzlərdən ibarətdir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*