Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanıldıbackend

Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanıldı

Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində hərəkətdə olan “BakuBus” MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən “Toyota Corolla” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu haqda DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*