Avtomobil ağaca çırpıldı, ata və övladları xəsarət aldıbackend

Avtomobil ağaca çırpıldı, ata və övladları xəsarət aldı

Qaxda avtomobil ağaca çırpılıb, ata və övladları xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Qax şəhəri, S.Vurğun küçəsində baş verib.

Pərvi Mehdiyev idarə etdiyi “BMW” markalı avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü və üç azyaşlı qızları müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*