Avtomobil bazarında son vəziyyət – VİDEOREPORTAJbackend

Avtomobil bazarında son vəziyyət – VİDEOREPORTAJ

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

Konkret.az – ın BAKU.WS-in məlumatına görə, bu barədə Bizimyol.info-nun Badamdar qəsəbəsində yerləşən bazarda apardığı araşdırma nəticəsində məlum olub.

Belə ki, hər il ənənəvi olaraq avqust ayının sonuna doğru avtomobil satışında artım olsa da, bu il bazarda elə də canlanma yoxdur.

Alıcılar bazardakı durğunluğa görə satıcıları ittiham edir. Yeni maşın sahibi olmaq istəyənlər deyir ki, qiymətlər süni olaraq şişirdilir, bu isə ticarətə mane olur.

Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.

Azərbaycanda yığılan maşınların satışına gəldikdə isə, satıcılar bildirir ki, o maşınları daha çox müəssisələr alır. Sıravi insanlar ölkədə istehsal edilən maşınlara heç baxmırlar da.

Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.

Satıcılarla söhbət edən zaman o da məlum oldu ki, bazarda satılan maşınların alıcıları internet üzərindən gəlir.

Avtomobil bazarından hazırladığımız videreportajı təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*