Dünən axşam Yekaterinburq yaxınlığında “Uraldron” zavodunun baş direktoru Vladimir Tkaçukun “Mercedes-Benz” avtomobilinin partlamasından sonra vəziyyəti sabitdir.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Tkaçuk partlayış zamanı xəsarət alsa da, həyatı təhlükədə deyil.
Partlayış 4 avqust axşamı Sısertski rayonunun Bolşoy İstok kəndində baş verib. Hadisə videoya çəkilib.
Partlayış zamanı avtomobilin qarşısında dayanan mühafizəçi olub, Tkaçuk isə daha uzaqda dayanıb və buna görə də sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və reanimasiyaya yerləşdirilib.
Partlayan avtomobil tamamilə yanıb. Partlayıcı qurğu maşının altına yerləşdirilibmiş. İctimaiyyət üçün təhlükəli şəkildə törədilmiş akta görə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
İndilikdə partlayıcı qurğunu avtomobiln altına kimin yerləşdirdiyi məlum deyil. Ancaq Tkaçukun istehsal etdiyi silahın təyinatı nəzərə alınarsa, onun Ukrayna ordusunun legitim hədəfi olması dəqiqdir. Fəqət sifarişçi iş adamının rəqiblərindən biri də ola bilər. Çünki hazırda dron işində milyardlarla pul dövriyyəs var.
“Uraldronzavod” şirkəti 35 yaşlı Tkaçukun özü tərəfindən hazırlanmış “Upır” (“Canavar”) dronları istehsal edir. O, həmçinin hərbi məsələlərdən bəhs edən kanalın aparıcısıdır.//musavat.com
