Ukrayna ordusunda döyüşən xarici vətəndaşların sayı…backend

Ukrayna ordusunda döyüşən xarici vətəndaşların sayı...

Hazırda təxminən 16 min xarici könüllü Ukrayna ordusunun tərkibində döyüşür.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova məlumat verib.

Onun sözlərinə görə, bu döyüşçülər ən azı 72 ölkəni təmsil edir və onların təxminən 40%-i Latın Amerikası ölkələrinin vətəndaşlarıdır.

Reşetilova qeyd edib ki, Hərbi Ombudsman Ofisi fəaliyyətə başladığı 27 yanvar tarixindən etibarən quruma xarici hərbçilərdən, onların ailə üzvlərindən və səlahiyyətli nümayəndələrindən 300-dən çox müraciət daxil olub.

Reşetilovanın sözlərinə görə, Ukrayna ordusunda xidmət edən əcnəbilərin hüquqlarının qorunması üçün dövlət mexanizmini ardıcıl şəkildə inkişaf etdirir:

“Həmçinin bu işin mühüm tərkib hissəsi Ukraynanın diplomatik nümayəndəliklərinin xarici könüllülərin hüquq və qanuni maraqlarının müdafiəsi ilə bağlı məsələlərin həllində göstərdiyi dəstək və əməkdaşlığa hazır olmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*