Paytaxtın Köhnə Günəşli qəsəbəsi ərazisində yerləşən Mirtağı məscidində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat verilib.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd olunub.
****
Bakıda məsciddə yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.\\report.az
