Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb və dərəyə düşüb.
Nəticədə 2004-cü il təvəllüdlü Elvir Fətəliyev, 2006-cı il təvəllüdlü Rufan Məmmədov, 2008-ci il təvəllüdlü Ziya Nuriyev, 2006-cı il təvəllüdlü Musa Nuruzadə və 2007-ci il təvəllüdlü Məhəmməd Məmmədov xəsarət alıblar.
Yaralılar əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, daha sonra onlardan bəziləri müalicə üçün Gəncədəki xəstəxanalardan birinə aparılıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
