Dövlət Dumasında bu təşəbbüslə çıxış edən müəlliflərinin fikrincə, avtomobilin tündləşdirilmiş şüşələrindən ibarət olan pəncərələr insanlara rahatlıq və təhlükəsizliyə imkan verir. LDPR fraksiyasından olan Dövlət Dumasının üzvləri avtomobildə pəncərələrin rənglənməsi üçün cərimələrin ləğv edilməsini təklif edən qanun layihəsini hazırlayıb, parlamentin aşağı palatasına təqdim ediblər. Təşəbbüsə əsasən Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.5-ci maddəsinin 3.1-ci bəndinə dəyişiklik edilməsi nəzərdə tutulur. Qanun layihəsinin müəlliflərinə görə, plyonkaların quraşdırılması rahat və təhlükəsizlik baxımından beynəlxalq təcrübəyə əsaslanır. Beləliklə, şüşələrin tündləşdirilməsi siqnal işıqlarının və günəş şüalarının işığından qorunmağa sürücülərə kömək edir. Təşəbbüsün müəllifləri vitse-spiker İqor Lebedev və deputatlar Andrey Svintsov, Aleksey Didienko və Yuri Napsodur. Qeyd edək ki, Azərbaycanda da “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
