AXCP Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təyin etdibackend

AXCP Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təyin etdi

Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında – sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək.

KONKRET.AZ bildirir ki, bu barədə AXCP məlumat yayıb.

Aksiyada AXCP və Milli Şuranın fəalları iştirak edəcək.

Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib.

Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib.

İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*