Keçmiş Kəbə imamlarından biri Şeyx Abdullah Bəsfar Səudiyyə Ərəbistanında 12 il həbs cəzasına məhkum edilib.
KONKRET.az “haberler.com” saytına istinadən xəbər verir ki, Abdullah Bəsfar 2014-cü ildə Anadolu Gənclik Dərnəyinin təşkilatçılığı ilə o dövrdə muzey olan Ayasofyanın həyətində namaz qılıb.
Bəsfarın imamlıq etdiyi namazda minlərlə insan iştirak edib.
Məlumata görə, Bəsfar 12 il həbs cəzası alıb. Onun həbsinə səbəb kimi 2014-cü ildə Ayasofyanın həyətində qıldığı namaz göstərilib.
Qeyd edək ki, Səudiyyə rəsmilərindən hadisənin doğru və ya yalan olması ilə bağlı heç bir açıqlama verilməyib.
İqbal Rzayev,
KONKRET.az
