Ayrapetyan həyəcan təbili çaldı: “Kapitulyantlar rəqiblərinə qarşı yeni döyüşə başlayır”backend

Ayrapetyan həyəcan təbili çaldı: “Kapitulyantlar rəqiblərinə qarşı yeni döyüşə başlayır”

“Bu gündən etibarən Ermənistanın Cinayət Məcəlləsində ağır təhqirlərə görə cinayət məsuliyyətini nəzərdə tutan, Konstitusiyaya və beynəlxalq öhdəliklərə zidd olan yeni maddəsi qüvvəyə minir.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Robert Ayrapetyan bildirib.

“Bu dəyişikliyin ilk ünvanı məhz media olacaq. Anlamıram, media orqanının hüquqlarını və söz azadlığını necə boğmaq olar” – deyə Ayrapetyan vurğulayıb.

Vəkilin sözlərinə görə, ictimai şəxslərin və dövlət nümayəndələrinin bu kimi hallardan qorunması, digər vətəndaşlarla müqayisədə daha az təşkil edilməlidir.

“Ermənistanda böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddə  2010 -cu ildə cinayət məcəlləsindən çıxarılıb. Hökumət həmin vaxt AŞPA-nın üzv ölkələrə etdiyi çağırışı nəzərə almışdı. Amma indi böhtan və təhqir Baş Prokurorluğun təklifi ilə yenidən cinayət məcəlləsinə daxil edilir.  Bu isə o deməkdir ki, paşinyan rəqiblərinə qarşı təqiblərə başlayır” – Robert Ayrapetyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*