Azad Arşakyan: “Rusiya bizə xəyanət etdi”backend

Azad Arşakyan: "Rusiya bizə xəyanət etdi"

“Düşünürəm ki, qərar bir gecədə alınmadı. İnanıram ki, Baş nazir bunu parlamentdəki çoxluq, parlamentdəki partiyalar, diaspor təşkilatları və Qarabağdakı siyasi qüvvələrlə müzakirə etdi və konsensusa gəldikdən sonra imzaladı”.

KONKRET.az xəbər verir ki, keçmiş erməni millət vəkili Azad Arşakyan “Lragir” qəzetinə verdiyi açıqlamada belə deyib.

O daha sonra bildirib: “Birinci həftədən sonra məlum oldu ki, biz döyüş meydanında təkik. Yəni müttəfiq seçərkən səhv etdik. Ən kritik məqamda, Ermənistanı mühasirəyə aldıqda, təcavüzə məruz qaldıqda və bu sənədləri imzalayanda əmin olduq ki, müttəfiimiz tək əsgərlərimiz olub. Rusiya müharibə əraziləri üzərində suverenliyini itirən Ermənistana qarşı idi. Müttəfiqlərimiz bizi tərk etdi və təhlükəsizliyə zəmanət vermədi.

Ermənistanla yanaşı ATƏT-in Minsk Qrupu, ABŞ, Kanada və Avropa imzalanan sənəd üzündən proseslərdən kənarda qaldı.

Yəni 30 ildir ki, münaqişə beynəlmiləlləşir, biz erməni məsələsini rus-türk əlindən çıxardıq və bu açıqlama yenidən sualı Lenin-Atatürk formatına qaytardı.

Düşünürəm ki, əsas təhlükə budur və biz sivil müttəfiqlərimizi itirdik. Ümid edirəm ki, sivil müttəfiqlərimiz ATƏT bizi tək qoymayacaq. Arzu edək ki, erməni məsələsi yenidən beynəlmiləlləşəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*